“Qalatasaray”da 4 illik müqavilə
ESTAFET/ Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu qatıb. İstanbul təmsilçisi Əmrə Kılıncla anlaşıb.
“Sivasspor”la müqaviləsi başa çatan 26 yaşlı yarımmüdafiəçi yeni komandasına azad agent statusu ilə keçib. Onunla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kılınc 2016/17 mövsümünün qış fasiləsində “Boluspor”dan “Sivasspor”a transfer olunub.