Mançester təmsiulçilərindən rekordlar
ESTAFET/ "Mançester Siti"nin qapıçısı Ederson Moraeş və yarımmüdafiəçisi Kevin De Bruyne üçün geridə qalan 2019/20 mövsümü uğurlu alınıb. "Şəhərlilər" Premyer Liqada 2-ci yeri tutsalar da, fərdi göstərici baxımından braziliyalı və belçikalı tarixə düşüb.
İştirak etdiyi 35 oyunun 16-da meydanı qol buraxmadan tərk edən Ederson bu baxımdan hamını qabaqlayıb və "Qızıl əlcək" sahibi olub. Sonuncu dəfə "Mançester Siti"dən Co Hart 2014/15 mövsümündə bu uğura yiyələnib.
De Bruyne isə mövsümü 20 məhsuldar ötürmə ilə tamamlayıb və əfsanəvi fransalı Tyerri Anrinin rekordunu təkrarlayıb. Belçikalı bunu 35 oyunda reallaşdırıbsa, Anri 2002/03 mövsümündə "Arsenal"ın heyətində 37 görüşdə 20 assist edib.
Bu arada, "Mançester Yunayted" isə penalti sayına görə, rekord müəyyənləşdirib. "Qırmızı şeytanlar" mövsüm ərzində onbirmetrlik zərbədən 14 dəfə yararlanıblar. "Mankunianlar" bununla "Kristal Pelas" (2004/15) və "Lester"in (2015/16) 13 penaltilik rekordunu yeniləyib. (apasport.az)