Bundesliqa klubunda yeni baş məşqçi

ESTAFET/ Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib. Bundesliqa təmsilçisini bundan sonra Sebastyan Höness çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Bavariya"nın ikinci komandasını çalışdıran sözügedən mütəxəssislə 2023-cü ilin yayınadək müqavilə imzalanıb. O, Münhen klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğludur.

Qeyd edək ki, 38 yaşlı mütəxəssis 2019-cu ilin yayından "Bavariya"nın əvəzedicilərinə rəhbərlik edirdi. (sport24.az)

Müəllif: Orxan NOVRUZOV