FIFA prezidentinə cinayət işi açıldı

ESTAFET/ İsveçrədə FIFA prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb. O, federal prokurorluq əməkdaşlarını səlahiyyətlərindən sui-istifadəyə təhrik etməkdə ittiham olunur.

FIFA prezidenti ilə yanaşı, Yuxarı Valenin baş prokuroru Rinaldo Arnolda qarşı da istintaq başlanıb.

İddia olunur ki, İnfantino və Arnold gizli görüşlərdə iştirak edib. Məhz bunlardan sonra İsveçrənin baş prokuroru Maykl Lauber vəzifəsindən azad olunub.

Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralında FIFA-nın Növbədənkənar Konqresində prezident seçilib. O, bu postda çoxsaylı korrupsiya əməllərində ittiham olunan Yozef Blatteri əvəzləyib.

Müəllif: Orxan NOVRUZOV