Burak Yılmazın Liqa1 klubuna keçidi rəsmiləşdi

ESTAFET/ Türkiyə millisinin futbolçusu Burak Yılmazın Fransanın “Lill” klubuna keçidi rəsmiləşib. Bunu Liqa1 təmsilçisi açıqlayıb.

Ötən mövsüm formasını geyindiyi “Beşiktaş”la qarşılıqlı razılıqla yollarını ayıran Yılmaz Fransa klubu ilə 2 illik müqavilə imzalayıb. 35 yaşlı forvard 2022-ci ilin yayına qədər Liqa1 təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Lill”də daha iki türk futbolçu Yusuf Yazıçı və Zəki Çelik də forma geyinir.

Müəllif: Orxan NOVRUZOV