“İlk zəng zamanı bunun zarafat olduğunu zənn etdim”: Turritsiani
ESTAFET/ “İlk zəng zamanı bunun zarafat olduğunu zənn etdim”. Bunu futbol üzrə Azərbaycan millisinin italiyalı məşqçisi Federiko Turritsiani deyib.
Yığmamızda baş məşqçi Canni De Byazinin oyunların analizi üzrə köməkçisi olacaq mütəxəssis İtaliya mətbuatına açıqlama verib. Karyerası boyu bir sıra aşağı klublarında çalışmış məşqçi yığmamıza gəlişi barədə danışıb: “Təklifi dərhal böyük məmnuniyyətlə qəbul etdim. İşə başlamağımızı səbirsizliklə gözləyirəm”.
Bir müddət Kanadada da çalışmış mütəxəssis ölkə xaricində işləmək təcrübəsinə də malikdir: “Daim müəyyən seçimlər etməli olmuşam. Bu da məni ölkə xaricində çox işləməyə vadar edib. Canni De Byazinin çağırışı bütün bunların bəhrəsidir”.
Qeyd edək ki, mütəxəssis vətənində “Ellera”, “Pyerantonio”, “Subasio”, “Sentese” və “Vastese” klublarında çalışıb. (apasport.az)