"Qarabağ"ın futbolçusu "Zirə"yə keçdi
ESTAFET/ “Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. Klubun saytında verilən xəbərə görə, qəsəbə təmsilçisi Hacıağa Hacılı ilə anlaşıb.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi “Qarabağ”da çıxış etdiyi vaxt çiyin-çiyinə oynadığı 22 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyib. Bu üzdən də Hacılı Ağdam təmsilçisindən icarəyə götürülüb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hacıağa Azərbaycan Premyer Liqasında 14 matç keçirib.