Ramil 2020-ci ildə ilk uğurunu qazandı
ESTAFET/ Azərbaycanlı atlet Ramil Quliyev 2020-ci ildə ilk yarışına çıxıb. Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz çıxışını qələbə ilə başa vurub.
Dünya çempionu Avstriyada keçirilən turnirdə bütün rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. O, 100 m məsafəyə qaçışda təsnifat mərhələsini 10,46, final mərhələsini isə 10,31 saniyəyə dəf edib. Quliyev 200 m məsafəyə qaçışda isə mübarizəyə qoşulmayıb. Buna onun zədəsinin özünü göstərməsi və risk etməməsi səbəb olub.
Bu nəticə atleti Türkiyədə də birinci yerə yüksəldib. Onadək 2020-ci ildə 100 m məsafəyə qaçışda ən yaxşı göstərici Jak Ali Harveyə (10,33 san) məxsus olub. (apasport.az)