Avqustun 31-dək açıq havada yarışlar keçirilməyəcək

ESTAFET/ 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində idman, sağlamlıq-bərpa üzrə xidmətlərə (bu sahədə tibbi xidmətlər istisna olmaqla), eləcə də idman zallarının fəaliyyətinə icazə verilməyəcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bundan başqa, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında açıq havada idman yarışları və oyunlar da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinə qoyulan qadağa 31 avqust saat 00:00-dək qüvvədə saxlanılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV