Aleksis Sançes rəsmən "İnter"də
ESTAFET/ İtaliyanın “İnter” klubu Aleksis Sançeslə müqaviləni rəsmiləşdirib. Bunu Milan təmsilçisinin mətbuat xidməti açıqlayıb.
31 yaşlı çilili hücumçu Milan təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. O, 2023-cü ilin yayına qədər “İnter”in şərəfini qoruyacaq. “Mançester Yunayted”lə müqaviləsini pozan Aleksis yeni klubuna azad agent kimi keçib.
Qeyd edək ki, 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirən Sançes 29 oyunda 4 qol vurub.