Abşeron və Hövsan Olimpiya kompleksləri modul tipli xəstəxanaya çevrildi
ESTAFET/ Koronavirusun yayılmasının qarşısını alınması məqsədilə ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında Gənclər və İdman Nazirliyinin tabeliyində olan Abşeron Olimpiya İdman Kompleksinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.
Açılışda Gənclər və İdman naziri Azad Rəhimov və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak ediblər.
R. Bayramlı qeyd edib ki, kompleksdə 277 çarpayı yeri var: "Bu çarpayılar hamısı oksigen balonu ilə təchiz olunub. Kompleksdə xəstələrin müalicəsində zəruri olan oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün Türkiyədən alınaraq 54 kub/metr gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Bundan başqa, burada Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 95 faizdən artıq oksigen təmin etmək imkanı olan Mediadan oksigen generatoru və digər avadanlıqlar qurasdırılıb".
Qeyd edək ki, Hövsan Olimpiya İdman Kompleksi də modul tipli xəstəxanaya çevrilib.