PFL-dən mediaya qırmızı işıq

ESTAFET/ Peşəkar Futbol Liqası yeni çempionatadək keçiriləcək yoxlama oyunlarıyla bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir:

"Bildiyiniz kimi, avqustun 21-də Azərbaycan Premyer Liqası start götürəcək. Yeni mövsümlə bağlı bir sıra işlər görülür, Əsasnamə və COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Əsasnaməyə əlavə yazılır, oyunlarda iştirak edəcək şəxslərin sayı müəyyənləşdirilir. Artıq 2020/2021 mövsümüylə bağlı son tamamlanma işləri görülür. Təbii olaraq komandalar yeni mövsümün başlamasına görə yoxlama görüşləri keçirməyi planlaşdırır. Yeni mövsümlə bağlı bəzi məsələlər tam yekunlaşmadığına görə yoxlama oyunlarında iki komandadan başqa digər şəxslərin iştirak etməməyi qərara alınıb. Yoxlama oyunları mətbuat nümayəndələri üçün qapalı olacaq".

Müəllif: Natiq NƏSİROV