Əliyev yeni mövsümün ilk matçında 90 dəqiqə oynadı
ESTAFET/ Futbol üzrə Rusiya Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun oyunları keçirilib. Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Krasnodar”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. (sport24.az)