Prosineçki Türkiyədə qalmalı oldu

ESTAFET/ Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Super Liqa təmsilçisi xorvatiyalı mütəxəssis Robert Prosineçkinin təyinatını açıqlayıb.

Ötən mövsümün gedişində “Kayserispor”un baş məşqçisi təyin olunan, lakin komandası ilə sonuncu yeri tutan 51 yaşlı mütəxəssis “yaşıl-qaralar”ın “sükanı arxası”na keçib. Onunla müqavilə avqustun 14-də imzalanacaq.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Kayseri təmsilçisində keçirdiyi 19 matçda 6 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətə şahid olub.

Müəllif: Orxan NOVRUZOV