Elxan Məmmədov Canni de Byazi ilə görüşüb

ESTAFET/ AFFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu gün qurumun inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə görüşüb. 

Görüşdə milli komanda ilə bağlı bir sıra məsələlər müzakirə olunub, UEFA Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsi barədə fikir mübadiləsi aparılıb.

Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində İcraiyyə Komitəsi tərəfindən ona göstərilən etimada görə təşəkkür edib.

Müəllif: Bəhruz MƏMMƏDOV