Çempionlar Liqasında final mərhələsi başlayır

ESTAFET/ Sabah futbol üzrə UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün Portuqaliyada keçiriləcək final mərhələsi start götürəcək. Bir oyundan ibarət olacaq 1/4 final mərhələsinin qarşılaşmaları 4 günü əhatə edəcək.

Sabahdan etibarən hər gün Lissabonda bir oyun baş tutacaq. İlk olaraq “Atalanta” ilə PSJ üz-üzə gələcək. İtaliyanın bu turnirdə yoluna davam edən yeganə komandası favoritlərdən sayılan Paris təmsilçisi qarşısında sensasiya etməyə çalışacaq.

1/4 finalın daha bir sürpriz komandası “Leypsiq” bu turnirin son illər təcrübəli klubuna çevrilən “Atletiko” önündə gücünü sınayacaq.

Avqustun 14-də erkən final baş tutacaq. Bu mərhələnin ən çox maraq doğuran duelində İspaniya və Almaniyanın digər komandaları “Barselona” ilə “Bavariya” yarımfinala vəsiqə uğrunda qarşılaşacaq.

Son gündə isə müvafiq olaraq “Real” və “Yuventus”u sıradan çıxaran “Mançester Siti” ilə “Lion” münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, cütlüklərdə hələlik ilk iki oyunun hakimləri açıqlanıb.

Çempionlar Liqası
1/4 final

12 avqust 2020
23:00. “Atalanta” (İtaliya) – PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Lissabon. “Da Luş” stadionu

13 avuqst 2020
23:00. “Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lissabon. “Joze Alvelade” stadionu

14 avqust 2020
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
Lissabon. “Da Luş” stadionu

15 avqust 2020
23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)
Lissabon. “Joze Alvelade” stadionu

Müəllif: Natiq NƏSİROV