“Keşlə” “Laçi” ilə oyunun məkanına aydınlıq gətirdi
ESTAFET/ “Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Laçi” ilə keçirəcəyi matçın məkanı dəyişməyəcək. Bu barədə apasport.az saytına Bakı klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.
O bildirib ki, qarşılaşmanın neytral meydanda oynanılması müzakirə mövzusu deyil: “Laçi” ilə görüşün Bakıda baş tutacağını tam əminliklə deyə bilərik. Məkanla bağlı heç bir dəyişiklik olmayacaq. Komandamız “Laçi”ni avqustun 27-də “ASK Arena”da qəbul edəcək”.