“Sumqayıt” növbəti transferini təqdim edib
ESTAFET/ Azərbaycanı futbol üzrə UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” daha bir transferini təqdim edib. "Gənclik şəhəri” təmsilçisi “Sepahan”ın hücumçusu Əli Qurbanini heyətinə qatdığını videorolik şəklində yayıb.
Yeni komandası ilə 1+1 illik müqavilə imzalayan 29 yaşlı forvard 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Əli Qurbani “Sumqayıt”ın yay fasiləsində 5-ci transferi olub. Ona qədər Tellur Mütəllimov, Elvin Məmmədov, Kərəm Sultanov və Eltun Turabov “kimyaçılar”la anlaşıb.