“Menemenspor”da kütləvi koronavirusa yoluxma halı aşkarlanıb

ESTAFET/ Daha bir Türkiyə klubunda koronavirusa yoluxma halı aşkarlanıb. TFF I liqa təmsilçisi “Menemenspor”da kütləvi yoluxma olduğu açıqlanıb.

Ümumilikdə 10 nəfərin testinin nəticəsi pozitiv çıxıb ki, onlardan 9-u akademiyanın futbolçularıdır. Digər bir nəfər isə klub işçisidir. Virusa yoluxan şəxslər öz evlərində karantinə alınıb.

Qeyd edək ki, Türkiyənin “Fənərbaxça”, “Qalatasatay”, “Trabzonspor” və “Ankaragücü” klublarında da koronavirusa yoluxma olub.

Müəllif: Orxan NOVRUZOV