Ağayev “Atromitos”a keçdi
ESTAFET/ Ötən mövsüm “Sumqayıt”da oynayan Əmir Ağayevin yeni klubu müəyyənləşib. İsrailli yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
28 yaşlı pleymeyker “Atromitos”la müqavilə imzalayıb. Bu barədə oyunçu özü fesybuk səhifəsi vasitəsilə məlumat yayıb. Azərbaycan millisinə namizəd olan Ağayev “Atromitos”la 1+1 illik sazişə qol çəkib. Əmir Yunanıstan klubunda 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Əmir Ağayev “Sumqayıt”a ötən ilin əvvəlində Təl-Əviv “Hapoel”indən keçib.