“Keşlə”nin baş məşqçisi müəyyənləşdi
ESTAFET/ “Keşlə”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu barədə klubun Müşahidə Şurasının iclasında qərar verilib.
Müşavirədə Yunis Hüseynovun əsas komandanın yeni baş məşqçisi təyin olunması məqsədəuyğun hesab edilib və yeni işinda ona uğurlar arzulanıb.
Qeyd edək ki, Hüseynov "Keşlə"də müqaviləsi artırılmayan Tərlan Əhmədovu əvəzləyib.