Premyer Liqanın ən yaxşısı bilindi
ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb. "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne bu ada layiq görülüb.
Belçikalı pleymeyker səsvermə zamanı qapıçı Nik Poupa ("Bernli"), müdafiəçi Trent Aleksander-Arnold ("Liverpul"), yarımmüdafiəçi Cordan Henderson ("Liverpul") və hücumçular Sadio Mane ("Liverpool"), Denni İnqs ("Sauthempton") və Ceymi Vardini ("Lester") qabaqlayıb.
De Bruyne geridə qalan mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda 13 qol və 21 məhsuldar ötürmə ilə ən yaxşı adına layiq görülüb.
Qeyd edək ki, mövsümün oyunçusu azarkeşlərin, klub kapitanlarının və futbol mütəxəssislərinin verdiyi səslərə əsasən seçilib.