Braziliya millisinin sabiq hücumçusu Azərbaycana gəlir

ESTAFET/ Braziliyanın “Vitoriya” klubunun hücumçusu Eronildo dos Santos Roşa karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə yerli mətbuat məlumat verib.

Bildirilib ki, 22 yaşlı futbolçu Azərbaycan klublarından birinə keçməyə yaxındır. Hətta klublar arasında danışıqların da yekunlaşmaq üzrə olduğu vurğulanıb. “Vitoriya” gənc forvardını adı açıqlanmayan Premyer Liqa təmsilçisinə birillik icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, ölkəsində qısaca Eron çağırılan oyunçu bu mövsüm 4 qola imza atıb. “Vitoriya” ilə müqavilə müddəti 2021-ci ilin dekabrına qədər olan hücumçu 2014-2015-ci illərdə Braziliyanın U-17 yığmasının heyətində 7 oyun keçirib, 1 qola imza atıb. (apasport.az)

Müəllif: Natiq NƏSİROV