“Fənərbaxça”da argentinalı futbolçu

ESTAFET/ Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini gerçəkləşdirib. Super Liqa təmsilçisi “Trabzonspor”la müqaviləsinin müddəti başa çatan Xose Sosanı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı yarımmüdafiəçi İstanbul nəhəngi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 35 yaşlı futbolçu Türkiyədə "Beşiktaş"ın da formasını geyinib. Geridə qalan mövsümdə 29 oyuna 9 qol, 7 məhsuldar ötürmə müəllifi olan Sosa, karyerası ərzində “Bavariya”, “Napoli”, “Atletiko”, “Milan” kimi komandalarda da oynayıb.

Müəllif: Natiq NƏSİROV