Avroliqada həftənin oyunçusu adına namizədlər bilindi

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib. "İnter"ilə final oyunundan sonra "Sevilya"nın 4 futbolçusu - Lük de Yonq, Ever Baneqa, Xesus Navas və Jül Kunde bu mükafata iddialıdır.

Primero təmsilçisinin Milan klubunu 3:2 hesabı ilə məğlub etdiyi final matçında niderlandlı hücumçu 2 qol vurub. Baneqa və Navas hərəyə 1 məhsuldar ötürmə ilə yadda qalıblar. Kunde isə 92 faiz dəqiq ötürmə edib. Qalibin adı UEFA-nın saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Qeyd edək ki, "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.

Müəllif: Natiq NƏSİROV