"Azərreyl"dən TÜrkiyədə uğursuz çıxış

ESTAFET/ Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Türkiyədə beynəlxalq turnirdə çıxışını uğursuzluqla başa vurub. Famil Ağayevin rəhbərlik etdiyi kollektiv yarışı bir set belə qazanmadan sonuncu pillədə bitirib. 

Qrup mərhələsində “Qalatasaray” və “PTT Spor”a 0:3 hesabı ilə uduzan “dəmiryolçular” 5-ci yer uğrunda görüşdə “Çan Genclik Kale Spor”un da müqavimətini qıra bilməyib. Rəqib 3:0 (25:17, 25:16, 25:15) hesabı ilə qalib gəlib. Nəticədə millinin bazası hesab edilən bakılılar 6 komanda arasında 6-cı olub. 

Turnirin qalibi adını “Qalatasaray” qazanıb. Onlar finalda “Kuzeyboru”nu 3:0 hesabı ilə məğlub ediblər. “Üçlüy”ü isə Azərbaycan millisinin blokçusu və kapitanı Ayşən Abduləzimova, həmçinin hücumçu Nikalina Başnakovanın heyətində yer aldığı “Sarıyer Bələdiyyəspor” qapayıb. İstanbul təmsilçisi “PTT Spor”dan güclü olub – 3:1. 
 

Müəllif: Bəhruz MƏMMƏDOV