Renat Dadaşov İsveçrə klubuna keçdi
ESTAFET/ Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək. "Vulverhempton" 21 yaşlı forvardı İsveçrə "Qrasshopper"inə icarəyə verib.
Klublar arasında razılığa əsasən, Dadaşov qarşıdakı bir ili Sürix təmsilçisində keçirəcək. "Qrasshopper" Renatla yanaşı, "Vulverhempton"un yarımmüdafiəçisi Konnor Ronanı da eyni şərtlərlə heyətinə cəlb edib.
Qeyd edək ki, ötən mövsümün ilk dövrəsini icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirən Renat Dadaşov "Vulverhempton"un əsas komandasında hələ debüt etməyib.