"Parma" baş məşqçisi ilə vidalaşdı

ESTAFET/ "Parma"da baş məşqçi istefası reallaşıb. Rəhbərlik Roberto Daversanı istefaya göndərib.

Klubun mətbuat xidməti 45 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırıldığını bəyan edib. Buna səbəb kimi isə komanda daxilində birliyin pozulması göstərilib. Daversa A seriyası təmsilçisini 2016-cı ilin dekabrından çalışdırırdı.

Qeyd edək ki, "Parma" geridə qalan mövsüm çempionatda 49 xalla 11-ci yeri tutub. (apasport.az)

Müəllif: Məsim MƏSİMZADƏ