Kumanın istədiyi ilk 3 futbolçu

ESTAFET/ "Barselona"nın yeni baş məşqçisi Ronald Kuman ilk transfer hədəflərini müəyyənləşdirib. Niderlandlı mütəxəssis rəhbərlikdən əvvəlcə 3 oyunçunun alınmasını tələb edib.

Təcrübəli mütəxəssis "Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya, "Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek və "İnter"in hücumçusu Lautaro Martinesi yeni mövsümdə ixtiyarında görmək istəyir.

Qeyd edək ki, Ronald Kuman "Barselona"nın sükanı arxasına avqustun 19-da keçib. Komanda geridə qalan mövsümü titulsuz başa vurduğundan, Kike Setyen istefaya göndərilib.

Müəllif: Natiq NƏSİROV