“Qarabağ” – “Şerif” matçının hakimlər briqadası dəyişdi
ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə (Moldova) keçirəcəyi oyunun hakimlər briqadası dəyişdirilib. UEFA Ukraynadan olan hakimləri Bakıya göndərmək qərarına gəlib.
Qitə futbol qurumu avqustun 19-da qazaxıstanlı referiləri bu matça təyin etsə də, qərarında dəyişiklik edib. Görüşü qazaxıstanlı Furkat Atajanov deyil, ukraynalı Mikola Balakin idarə edəcək. Ona həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" oyunu saat 20:00-da başlayacaq.