Ronaldinyo 5 aydan sonra sərbəst buraxıldı

ESTAFET/ Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo sərbəst buraxılıb. Paraqvayda bir oteldə ev dustağı olan keçmiş yarımmüdafiəçi 90 min dollar cərimə ödəyərək azadlığa çıxıb.

“Sambaçı” 5 aylıq fasilədən sonra vətəni Braziliyaya qayıdıb, doğmaları ilə görüşüb. Ancaq o, il ərzində bir neçə dəfə Paraqvaya yollanaraq məhkəmə qarşısına çıxmalı olacaq.

Qeyd edək ki, Ronaldinyo qardaşı Roberto Assis de Moreyra ilə birlikdə martda saxta pasportla Paraqvaya yollandığı üçün həmin ölkədə həbs olunmuşdu.

Müəllif: Natiq NƏSİROV