Azərbaycan klublarının Çempionlar Liqasında 80-ci sınağı
ESTAFET/ Sabah Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirəcək. Ağdam təmsilçisi futbol üzrə UEFA Çempionlar Liqasında Moldova “Şerif”ini qəbul edəcək.
Bakıda baş tutacaq görüş Azərbaycan klublarının Çempionlar Liqasında 80-ci qarşılaşması olacaq. Yubiley ərəfəsində təmsilçilərimiz qitənin ən nüfuzlu klub turnirində 79 matç keçirib.
II təsnifat mərhələsinin oyununa qədər klublarımız ümumilikdə 25 qələbə qazanıb. Təmsilçilərimizin aktivində 24 heç-heçə də var. 30 dəfə uduzan komandalarımız 77 qol vurub, 98-ni buraxıb.
Qeyd edək ki, Azərbaycan klubları Çempionlar Liqasında 1997/98 mövsümündə debüt edib. İyulun 23-dəki matçda “Neftçi” evdə Polşa “Vidzev”inə uduzub – 0:2. (apasport.az)