ÇL-də II mərhələ başlayır

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi start götürür. Mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

III təsnifat mərhələsinə ilk vəsiqələrin sahibləri eyni vaxtda başlayacaq matçlarda bəlli olacaq. “Tirana” və “Srvena Zvezda” Çempionlar yolunda münasibətlərini ayırd edəcəklər.

Liqa yolunda isə qonşu Türkiyə təmsilçisi “Beşiktaş” meydana çıxacaq. İstanbullular çətin Yunanıstan səfərində PAOK-la üz-üzə gələcək.

Qeyd edək ki, bir oyundan ibarət olan mərhələnin digər 11 cütü avqustun 26-da üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi


25 avqust 2020

Çempionlar yolu
22:00. "Tirana" (Albaniya) - “Srvena Zvezda” (Serbiya)

Liqa yolu
22:00. PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)

Müəllif: Natiq NƏSİROV