"Fənərbaxça" uruqvaylı futbolçunu transfer etdi

ESTAFET/ Türkiyə klubu "Fənərbaxça" heyətinə daha bir futbolçu qatıb. "Las Palmas"ın mərkəz müdafiəçisi Mauritsio Lemos karyerasını İstanbulda davam etdirəcək.

Super Liqa təmsilçisi uruqvaylı oyunçunun transferi qarşılığında ispanlara 1,5 milyon avro ödəyəcək. Bu gün gecə saatlarında İstanbula yollanacaq Lemos sabah 3+1 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Fənərbaxça" yay fasiləsində buna qədər Mərt Hakan Yandaş, İsmail Yüksək, Caner Erkin, Gökhan Gönül, Filip Novak, Xose Sosa, Mame Tiam, Sinan Gümüş və Barış Sunquru heyətinə cəlb edib.

Müəllif: Natiq NƏSİROV