“Şerif” Bakıya 35 nəfərlə gəldi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la qarşılaşacaq Moldovanın “Şerif” klubu Bakıya gəlib. Tiraspol təmsilçisi ölkəmizə çarter reysi ilə yollanıb.

Qonaqların nümayəndə heyəti 35 nəfərdən ibarətdir. Moldovalılar şəhərin mərkəzində, Dənizkənarı parka yaxın otellərdən birində məskunlaşıb.

“Şerif”  bu gün axşam oyun öncəsi son məşqini keçirəcək. Hazırlıq prosesi sabahkı matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Müəllif: Natiq NƏSİROV