“Yuventus”un transferdə yeni hədəfi

ESTAFET/ Bosniya və Herseqovina millisinin futbolçusu Edin Dzeko mövsümlərarası fasilədə komandasını dəyişə bilər. “Roma”nın hücumçusu A seriyasının çempionu “Yuventus”un hədəfindədir.

Turin təmsilçisinin yeni baş məşqçisi Andrea Pirlo argentinalı forvard Qonsalo İquainin hazırkı formasından narazıdır. Bu səbəbdən də mütəxəssis 34 yaşlı balkanlının transferində maraqlıdır.

Qeyd edək ki, Dzeko A seriyasının son mövsümündə keçirdiyi 35 oyunda 16 qol vurub.

Müəllif: Orxan NOVRUZOV