ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı
ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün “Bavariya” ilə PSJ arasında baş tutan final matçından (1:0) sonra həftənin ən yaxşı futbolçusu məlum olub. Qurumun saytında xəbər verilir ki, bu, “Bavariya”nın qapıçısı Manuel Noyerdir. 34 yaşlı qapıçı azarkeşlərin səsverməsi nəticəsində qalib olub.
Noyer bu nominasiyada komanda yoldaşları – Kinqsli Koman, Tyaqo Alkantara və PSJ-dən Markinyosu qabaqlayıb.