Öncə Yunis Hüseynov, sonra Armando Kunqu

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Keşlə” - “Laçi” matçından öncəki mətbuat konfransları və son məşqlərin vaxtı müəyyənləşib. Avqustun 26-da, “ASK Arena”da öncə “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov KİV nümayəndələrinin suallarına cavab verəcək. Mətbuat konfransı saat 18:45-də start götürəcək. Saat 19:00-da isə komandanın 15 dəqiqəlik açıq məşqi keçiriləcək.

“Laçi” komandasının baş məşqçisi Armando Kunqunun mətbuat konfransı isə saat 20:30-da təşkil olunacaq. Qonaq komandanın məşqi saat 21:00-da başlanacaq və ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV