“Atletiko” Karraskonu yenidən icarəyə götürdü

ESTAFET/ Çinin “Dalyan İfan” klubunun futbolçusu Yannik Karrasko 2020/21 mövsümünü də İspaniya təmsilçisi “Atletiko”da keçirəcək. Madridlilər Belçika millisinin üzvünü növbəti dəfə icarəyə götürüb.

Razılığa əsasən, 27 yaşlı yarımmüdafiəçi daha bir mövsüm “Atletiko”nun formasını geyinəcək. Karrasko bu ilin əvvəlində icarə əsasında yollandığı paytaxt təmsilçisində ötən mövsüm 7 oyun keçirib, 1 qola imza atıb. Futbolçu AVRO-2020-yə yollanmaq üçün “Atletiko”da qalmağı üstün tutub.

Qeyd edək ki, Yannik Karrasko 2015-2018-ci illərdə də “Atletiko”da çıxış edib, 81 oyunda 17 qol vurub. (apasport.az)

Müəllif: Natiq NƏSİROV