“Çelsi”dən növbəti transfer

ESTAFET/ İngiltərənin “Çelsi” klubu növbəti transferini rəsmiləşdirib. London təmsilçisi braziliyalı müdafiəçi Tyaqo Silva ilə müqavilə bağlayıb.

Cənubi amerikalı ilə anlaşma 1+1 il müddətinə imzalanıb. 2012-ci ildən Fransanın PSJ klubunda çıxış edən Tyaqo yeni komandasına azad agent kimi keçib. Bir gün öncə Paris təmsilçisi müqaviləsi başa çatan futbolçu ilə vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Silva PSJ-yə “Milan”dan 42 milyon avroya keçmişdi. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV