Avropa Liqasında 70-ci qələbə
ESTAFET/ “Neftçi”nin futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Şkupi” ilə oyunundakı 2:1 hesablı qələbəsi yubileylə əlamətdar olub. Bu, Azərbaycan klublarının qitənin ikinci dərəcəli turnirdə 70-ci uğurudur.
Əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 238 matçda təmsilçilərimiz 69 dəfə qalib gəlmişdi. Dünən keçirilən 3 oyundan sonra 241 oyunda əldə olunan qələbə sayı 70-ə çatıb. Klublarımız 56 heç-heçə edib və 115 dəfə uduzub.
Qeyd edək ki, Azərbaycan klublarının 1994-cü ildən qatıldığı turnirdə ilk qələbəni də “Neftçi” qazanıb. Bakılılar 1996-cı ildə Bolqarıstan “Lokomotiv”ini də (Sofiya) 2:1 hesabı ilə yenib.