“Keşlə” yenə penaltilərdə uduzdu

ESTAFET/ Bakının “Keşlə” klubu Avropa Liqasında I təsnifat mərhələsinin oyununu keçirib. Paytaxt təmsilçisi 2020/21 mövsümünün I təsnifat mərhələsində qüvvəsini sınayıb.

Yunis Hüseynovun yetirmələri öz meydanında Albaniya “Laçi”si ilə üz-üzə gəlib. Azarkeşsiz və bir oyundan ibarət duelin taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Laçi” mərhələ adlayıb – 5:4.

Qeyd edək ki, “ASK Arena”dakı görüş rəqiblərin Avropada 2-ci dueli olub. 5 il öncəki ilk qarşıdurmada hər iki matç heç-heçə bitdiyindən bakılılar səfər qolu ilə mərhələ adlayıb. Həmin vaxt təmsilçimiz "İnter" adı altında çıxış edib.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi

27 avqust 2020
21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) - 0:0 (ə.v. 0:0, pen. 4:5)
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
“Keşlə”: 1. Stanislav Namaşko, 4. Şəhriyar Əliyev, 21. Miyuşko Boyoviç, 2. İlkin Qırtımov (k), 19. Azər Salahlı, 25. Con Kamara, 48. Dmitro Klots, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 23. Artur de Souza Batista, 42. Aleksandr Kristovao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 10. Cavid İmamverdiyev, 11. Silvio Rodriges, 14. Turan Vəlizadə, 18. Ruslan Əmircanov
Baş məşqçi: Yunis Hüseynov
“Laçi”: 31. Alen Şerri, 66. Adolf Selmani, 55. Aleksandar İqnyatoviç (k), 22. Albion Marku, 11. Rudolf Turkay, 8. Lukas Ramos De Oliveyra, 10. Reci Luşkya, 21. Ardit Deliu, 95. Teko, 7. Redon Cica, 9. Kirian Nvabueze
Ehtiyat oyumçular: 1. Edmir Sali, 13. Renato Malota, 14. Mentor Mazrekay, 18. Dorian Korçiku, 23. Donald Rapo, 24. Endrit Marku, 77. Kleydi Rapo
Baş məşqçi: Armando Kunqu
Bakı. “ASK Arena”

Müəllif: Məsim MƏSİMZADƏ