Stuxlik Türkiyə yığmasının oyununa təyinat aldı
ESTAFET/ AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik beynəlxalq oyuna təyinat alıb. AFFA-nın rəsmi saytında verilən xəbərə görə, avstriyalı UEFA Millətlər Liqasının qrup mərhələsi matçında iş başında olacaq.
Stuxlik sentyabrın 3-də Sivas şəhərində keçiriləcək Türkiyə – Macarıstan oyununun hakim-inspektoru funksiyasını icra edəcək.