“Atletiko”nun futbolçusuna 3 ölkədən təklif var
ESTAFET/ İspaniyanın “Atletiko” klubu futbolçusu Tomas Parti ilə vidalaşa bilər. Yarımmüdafiəçi bir neçə klubun maraq dairəsinə düşüb.
27 yaşlı qanalını İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası və İtaliya A seriyası təmsilçiləri heyətində görmək istəyir. Partinin indiki klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, 2012-ci ildən “Atletiko”da oynayan afrikalı “Malyorka” və “Almeriya”da icarədə olduğu müddətdən başqa yalnız Madrid təmsilçisinin formasını geyinib.