“Neftçi” "Qalatasaray"la qarşılaşacaq
ESTAFET/ Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bəlli olub. Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.
I təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. Türkiyə klubu ilə görüş Bakıda baş tutacaq.
Qeyd edək ki, sabah III təsnifat mərhələsinin püşkü atılacaq.