“Neftçi” "Qalatasaray"la qarşılaşacaq

ESTAFET/ Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bəlli olub. Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

I təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. Türkiyə klubu ilə görüş Bakıda baş tutacaq.

Qeyd edək ki, sabah III təsnifat mərhələsinin püşkü atılacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV