Millimizin rəqibində daha bir itki
ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması növbəti itki ilə üzləşib. Yerli mətbuat xəbər verir ki, APOEL-də çıxış edən Giorqos Efrem zədələnib. Bu səbəbdən, 31 yaşlı yarımmüdafiəçi yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə Limassol AEL-indən Andreas Avraam təlim-məşq toplanışına qatılıb.
Qeyd edək ki, daha əvvəl Aleksander Qogiçin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Səbəb onun 10 günlük karantinə alınmasıdır. Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqro ilə qarşılaşacaq.