Teyşeyra koronavirusa yoluxdu, görüş təxirə salındı

ESTAFET/ Braziliyalı MMA döyüşçüsü Qlover Teyşeyrada koronavirus aşkarlanıb. "MMA Fighting"in xəbərinə görə, 40 yaşlı idmançının Tyaqo Santos ilə 12 sentyabra planlaşdırılan görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. 

Qeyd edək ki, Qlover Teyşeyra karyerası ərzində 31 qələbə qazanıb və 7 dəfə məğlub olub. 36 yaşlı Santosun isə 21 qələbəsi və 7 məğlubiyyəti var. 

Müəllif: Natiq NƏSİROV