“Çelsi”nin yeni transferi millini tərk etdi

ESTAFET/ Almaniya millisinin futbolçusu Kay Haverts düşərgəni tərk edib. Buna səbəb “Bayer”in yarımmüdafiəçisinin “Çelsi”yə transfer işlərini yekunlaşdırmaq istəyidir.

Millətlər Liqasının ilk turunda İspaniya ilə qarşılaşmanı (1:1) ehtiyat oyunçular skamyasından izləyən 21 yaşlı orta sahə oyunçusu yaxın günlərdə London klubu ilə münasibətləri rəsmiləşdirəcək. Onun keçidi Premyer Liqa təmsilçisinə 70 milyon avroya başa gələcək.

Qeyd edək ki, Kay Haverts 2016-cı ildən “Bayer”in əsas komandasında çıxış edib. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV