“Qalatasaray” 17 yaşlı futbolçuları transfer etdi
ESTAFET/ “Neftçi”nin futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” klubu yeni transferlər həyata keçirib. Super Liqa təmsilçisi 2 futbolçunu heyətinə cəlb edib.
Bunlar TFF I liqada mübarizə aparan “Altınordu”nun gənc oyunçuları Sarper Çağlar və Efe Mustafa Çətindir. 17 yaşlı futbolçuları transfer edən “sarı-qırmızılılar” əvəzində yarımmüdafiəçi Birhan Vatanseveri “Altınordu”nun nəzdində fəaliyyət göstərən “Niğde Anadolu” komandasına verib.
Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.